Simsar.az | bizi özünüzə Simsar bilin
26 yaşlı gənc kirayə qaldığı evdə dəm qazından boğulub

Mingəçevirdə 26 yaşlı gənc dəm qazından boğularaq dünyasını dəyişib. Hadisə şəhərin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında qeydə alınıb. Həmin ünvanda 5 mərtəbəli binanın 4-cü mərtəbəsində kirayə qalan Təbiət Zərbalıyev hamam otağında dəm qazından boğulub. Binada yaşayanların bildirdiyinə görə, dünyasını dəyişən gənc Yevlaxın Aran qəsəbəsində fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşı olub. Faktla bağlı araşdırma aparılır.(yeniavaz.com)


10 Yanvar, 2018  13:26 Baxılıb: 1517

Bu bölmədə