Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Hacılı həbsdən çıxa bilmədi

O və məsləkdaşları daha 2 ay həbsxanada qalacaq

Dünən Bakı Apelyasiya Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında tutulan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin apelyasiya şikayətlərinə baxılıb. Hakimlər Səbayel Rayon Məhkəməsinin həbs-qətimkan tədbirinin iki ay daha artırılmasına dair qərarı qüvvədə saxlayıb. 

Simsar.az saytının məlumatına görə, hər üç şəxs İctimai Palatanın aprelin 2-də Fəvvarələr meydanında keçirilən mitinqinə görə həbs olunublar. Səbayel Rayon Məhkəməsi onların barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Mayın 24-də isə həbs müddətləri 2 ay artırılıb.

Anar

3 İyun, 2011  17:21 Baxılıb: 1110

Bu bölmədə