"Məhəbbət elçisi" təqdim olundu
Dünən dünya və Hindistan kinosunun veteran aktyoru, Dharmendra Deol haqqında çəkilmiş "Məhəbbət elçisi" adlı sənədli filmin təqdimat mərasimi keçirildi. Pullman oteldə təşkil olunan gecədəd Hindistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Sancay Rana, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Yusif Şeyxov, "Mənəvi Dünya" İctimai Birliyinin sədri Hacı Şahin Həsənli, oftolmoloq Paşa Qəlbinur, Hacı Nuran, sənət adamları və jurnalistlər iştirak etdi. 47 dəqiqəlik film ingilis, rus və hind dillərinə tərcümə edilib. Film təqdim edilməmişdən əvvəl çıxış edən səfir belə bir təşəbbüsün Hindistan və Azərbaycan dostluq əlaqələri üçün gözəl addım olduğunu bildirdi. "Əslində bu çox çətin və məsuliyyətli bir iş idi, amma dostumuz Namiq bəy bunun öhdəsindən məharətlə gəldi. "Film yalnız Dharmendra haqqında deyil, eyni zamanda insanlar arasında sevgini tərənnüm edir." "Bu ekran işi çox cüzi bir büdcəyə" başa gəlib deyən nazirlik nümayəndəsi isə bildirib ki, doğrudan da sevərək bir işi görürsənsə mütləq uğur olacaq. Çıxış edən Hacı Şahin Həsənli isə filmdə qoyulan mövzunun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra filmin təşəbbüskarı və direktoru Namiq Qurban danışaraq əslində bu işi görməyin özünü uğur hesab etdiyini bildirib. "14 ölkədə yaşayan müxtəlif xalqlardan olan yaradıcı insanlar bu işə öz töhfəsini verdi. Bu sevginin və dəstəyin özü uğurdur". Filmə baxan qonaqlar xoş təssürat bağışladığını bildiriblər. Qeyd edək ki, tədbirin təşkilati dəstəyi DiGi Shirkətlər qrupuna məxsus olub.
28 Dekabr, 2017 11:06 ⁄ Baxılıb: 2266
Bu bölmədə20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu1 Noyabr, 2023 Aybəniz Haşımova və tələbələri Biləsuvarda6 Dekabr, 2022 Xurşidbanu Natəvan” tamaşasına baxış keçirilib. |