Simsar.az | bizi özünüzə Simsar bilin
"Məhəbbət elçisi" təqdim olunacaq

Sabah Dünya və Hindistan kinosunun veteran aktyoru, Dharmendra Deol haqqında çəkilmiş "Məhəbbət elçisi" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Filmin təşəbbüskarı və direktoru Namiq Qurban Simsar.az -a açıqlamasında bildirib ki, qapalı keçiriləcək tədbirə ziyalılar, millət vəkilləri, səfirlər və media nümayəndələri dəvət olunub. Filmlə bağlı çox danışmayan müəllif baxışdan sonra yaranan fikirlərin daha önəmli olduğunu bildirib. "Ümumiyyətlə, dünya şöhrətli bir aktyorla görüşüb, onun haqqında film hazırlamaq özü artıq bir uğurdur. Filmin hazırlanmasında 14 ölkədə yaşayan müxtəlif xalqlardan olan yaradıcı insanlar kömək ediblər. Düşünürəm "Məhəbbət elçisi" filmində bəşəriyyət üçün önəmli mesajlar verilib". Dharmendra Deolun təqdimata gəlməyi ilə bağlı yayılan xəbərlərlə bağlı isə Namiq Qurban heç bir söz deməyərək, "sürprizləri qaçırmayaq"  - deyə bildirdi.

Xatırladaq ki, təqdimat mərasimi sabah Pullman oteldə keçiriləcək.

26 Dekabr, 2017  14:36 Baxılıb: 2271

Bu bölmədə