Simsar.az | bizi özünüzə Simsar bilin
YAP-ın kişi üzvünə, AXCP-nin xanım üzvü cavab verdi

Aparıcı müxalifət partiyalarının liderləri “dialoqa hazırıq” deyərkən heç də Siyavuş Novruzovu nəzərdə tutmurlar. 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov növbəti dəfə müxalifətin hədəfinə tuş gəlib. “Bu gün müxalifətin dialoq aparmağa potensialı yoxdur”-deyən YAP-çı deputata AXCP sədrinin müavini Gözəl Bayramlı cavab verib. 

AXCP yetkilisi YAP-çıların reallıq hissini unutduqlarını deyib: “Bir yandan hakimiyyət hər gün müxalifət partiyalarından yüzlərlə adamın guya istefa verdiyini bəyan edir, digər tərəfdən, Siyavuş Novruzov kimi funksionerlər deyir, müxalifət cəmi 2-3 nəfərdən ibarətdir.
Bu qədər məntiqsiz adamların deputat mandatı daşıması ölkənin fəlakətidir. Siyavuş Novruzov nahaq yerə dialoq tərəfi kimi özünü nəzərdə tutub. Çünki aparıcı müxalifət partiyalarının liderləri “dialoqa hazırıq” deyərkən heç də Siyavuş Novruzovu nəzərdə tutmurlar.

Anar

3 İyun, 2011  17:15 Baxılıb: 1040

Bu bölmədə