Simsar.az | bizi özünüzə Simsar bilin
Elnur Məcidli məsələsi bitdi

Gənc fəalın cinayət işinin icraatı dayandırıldı

Azərbaycan Konstitusiyasına zidd olmaqla hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışların internet vasitəsi ilə yayılmasında ittiham olunan Elnur Məcidli barəsində cinayət işinin icraatı dayandırılıb.

APA-nın məlumatına görə, Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd olunan ittiham üzrə 1 aprel 2011-ci il tarixdə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə Məcidli Elnur Abdulla oğlu barəsində cinayət işi başlanıb və ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilib. Elnur Məcidli barəsində Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib.


2011-ci il iyunun 2-də isə təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırılması qərara alınıb.

3 İyun, 2011  16:53 Baxılıb: 1147

Bu bölmədə