Simsar.az | bizi özünüzə Simsar bilin
Ağdamda YANĞIN

Ağdam rayonunda evdə yanğın faktı qeydə alınıb. Hadisə bu gün səhər saat 05:52 radələrində rayonun Eyvazlı kəndində baş verib. Kənd sakini, 1951-ci il təvəllüdlü Rüstəmov Mahmud Qasım oğluna məxsus 132 kvadratmetrlik evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğının qarşısı alınıb.

Hadisə nəticəsində evin 6 kvadratmetri tam yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.(trend)

28 Noyabr, 2017  11:50 Baxılıb: 1262

Bu bölmədə