Simsar.az | bizi özünüzə Simsar bilin
Yevlaxda kişi arvadını döyüb xəstəxanalıq etdi

Noyabrın 27-i Şəki şəhəri S. Əfəndiyev küçəsi ev 12 ünvanında qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Xatun İlqar qızı Rəsulova bədənin çoxsaylı küt travmaları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, əri tərəfindən döyülən Xatun Rəsulovanın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yevlax rayonunda ərdə olan Xatun Rəsulova bir-neçə gün əvvəl orada möhkəm döyülüb. Ağır bədən xəsarəti alan Xatun Rəsulova Şəki şəhərində yaşayan ailəsinin yanına gəlib.apa

 

 

 

28 Noyabr, 2017  11:48 Baxılıb: 1557

Bu bölmədə