Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Dirçəliş günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Dirçəliş günüdür.

Simsar.az xəbər verir ki, 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısı ala bilmədi.

1989-cu ilin yayında Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Kanustitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzəlrəl aksiya iştirakçıları və dinc sakin vəzşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu sındarı bilmədi. Əksinə bu, hadisələri daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqnlliyinə real təholükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.

1992-ci ilin 17 noyabrından Azərbaycanın Milli Dirçəliş Günü kimi qeyd edilən bu tarixin son birneçə ildə unudulması üçün daha çox işlər göürlür, nəinki onun təbliği və tədrisi istiqamətində. Azərbaycan tarxinin şanlı səhifəsi olan bu tarix Azərbaycanın tarix kitabldarından çıxarılıb, qeyri-rəsmi də olsa təhsil müəsisələrində tədrisi və öyrənilməsi qadağan edilib. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

17 Noyabr, 2017  10:10 Baxılıb: 1617

Bu bölmədə