Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Moldovanın daxili işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib.Simsar.az -ın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan və Moldova hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

15 Noyabr, 2017  13:08 Baxılıb: 1548

Bu bölmədə