Simsar.az | bizi özünüzə Simsar bilin
Bu ərazilərdə su olmayacaq

Bu gün Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Simsar.az -a  “Azərsu” ASC-dən məlumat verilib. Məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

“Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb.

15 Noyabr, 2017  11:42 Baxılıb: 1365

Bu bölmədə