Simsar.az | bizi özünüzə Simsar bilin
Qubada maşın piyadanı vuraraq öldürüb

Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xucbala kəndi ərazisində qeydə alınıb. "VAZ 2106” markalı, 10 KO 149 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 21 yaşlı kənd sakini Baxışov Emil Əlfan oğlunu vurub. O, Quba Mərkəzi Rayon Xəstəxansına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.(apa)

8 Noyabr, 2017  12:34 Baxılıb: 1588

Bu bölmədə