Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov Efiopiyadadır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olacaq. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Efiopiyanın xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin, E.Məmmədyarovun Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına səfəri, Afrika İttifaqının sədri və komissarları ilə görüşləri nəzərdə tutulub.(trend)

8 Noyabr, 2017  11:42 Baxılıb: 1590

Bu bölmədə