Rafiq Hüseynovun nəşi Azərbaycana yola salınıb
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gün Almaniyadan Azərbaycana yola salınıb. Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək. Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.(apa)
2 Noyabr, 2017 16:26 ⁄ Baxılıb: 1870
Bu bölmədə17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü22 Yanvar, 2024 33 yaşlı kişi itkin düşüb - SUMQAYITDA31 İyul, 2023 DSX-nin əsgəri dünyasını dəyişib |