"By Osmanova” moda evinin təqdimatı olub
Azərbaycanda ilk dəfə olaraq hicab geyimlərindən ibarət kolleksiyanın təqdimatı keçirilib. "Boulevard Hotel”də baş tutan mərasimdə yeni fəaliyyətə başlayan "By Osmanova” moda evinin təqdimatı olub. Dəfilədə gənc modelyer Aytən Osmanovanın hazırladığı kolleksiya nümayiş olunub. Tədbir boyunca modellər xanımlıq və zərafətin vəhdətindən yaranan 20 geyim nümunəsini qonaqlara təqdim ediblər. Tədbirdə tanınmış sənət adamları və Aytən Osmanovanın həmkarları da iştirak ediblər. Müğənnilər Samira Allahverdi, Lalə Məmmədova, Lətifə Soyuöz musiqi nömrələri ilə dəfiləyə öz töhfələrini veriblər. Tanınmış modelyer Fəxriyyə Xələfova Dəfilədə iştirakı ilə səbəbkara dəstək olub. Tədbirdə təqdim olunan geyimlərdən üçü elə Dəfilə zamanı satılıb. Satılan geyimlərdən əldə olunan gəlir isə "Ümid var" Xeyriyyə Cəmiyyətinə verilib. Qeyd edək ki, "Ümid var" xeyriyyə cəmiyyəti fiziki və əqli qüsurlu uşaqlar üçün daim xeyriyyə aksiyaları keçirərək dəstək olur. "By Osmanova” moda evi xanımlar üçün bir-birindən fərqli hicab geyimləri təqdim edir. Zövqlü, eyni zamanda keyfiyyətli hicab dəstləri axtarışında olan xanımlar yeni yaranmış bu moda evinə müraciət edə bilərlər. Cəmilə Məmmədova
30 Oktyabr, 2017 14:26 ⁄ Baxılıb: 3472
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |