Simsar.az | bizi özünüzə Simsar bilin
Lerikdə yaşayış evi uçub

Lerik rayonunda yaşayış evi uçub. Rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları uçulub. Kənd sakinlərinin bildirdiyinə görə ev hələ 7-8 il əvvəldən qəzalı vəziyyətdə olub. Lakin, 4 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıblar. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən sakinlərdən xəsarət alan olmayıb.

Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.(report)

26 Oktyabr, 2017  10:36 Baxılıb: 1293

Bu bölmədə