Simsar.az | bizi özünüzə Simsar bilin
Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb. RİA “Novosti” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Fərmanda bildirilib ki, qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağa ötən gün başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi vurğulanıb.

Fərmanda eyni zamanda qeyd olunub ki, bir sıra ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulub. Dövlət Departamenti isə öz növbəsində bütün ölkələrdən gələn qaçqın ailələrin hər bir üzvünün əlavə yoxlama prosedurlarına məruz qalacağını vurğulayıb.

25 Oktyabr, 2017  12:17 Baxılıb: 1881

Bu bölmədə