Simsar.az | bizi özünüzə Simsar bilin
Namiq Qurban: "...Torpağı vətənə çevirəcək oğulların nəsli kəsilməsin!"

Osmanlı ordusunda qeyri-müsəlmanlardan(əsasən xristianlardan) formalaşan yeniçər dəstələrinə əsla ailəli və tək övladları götürməzdilər.

Döyüş şücaətiylə ad çıxartmış kazak dəstələrində də belə imtiyazlar olub. Tək övladlar, maddi vəziyyəti ağır olan, ailəni dolandıran,hətta son 2 il ərzində evi, son 1 ildə isə taxıl zəmisi yanmış şəxslər birbaşa cəbhəyə aparılmazdı, xüsusi imtiyazlı bölüklərdə xidmət edərdi.

Ailənin, nəslin,soyun davam etməsi və millətin sayca artımı bu qədər əhəmiyyətli olub hər dövrdə. Düzdür, "Torpaq, uğrunda ölən varsa, vətəndir". Amma elə eləmək lazımdır ki, uğrunda ölərək torpağı vətənə çevirəcək oğulların nəsli kəsilməsin.

Şəhid Cabbar Zeynalov ailənin tək oğlu imiş.Artıq bu, neçənci "tək oğul" şəhidimizdir. Hətta şəhidlərimiz arasında "tək övlad"lar da az deyil.Niyə 25 il müharibə şəraitində olan ölkədə bu günə qədər "tək"lərin ön cəbhəyə cəlb edilməməsi barədə addım atılmayıb?! Vətən qədər bu milləti də qorumalı deyilikmi?!

Atası Firuddin kişinin ürəkdağlayan,ümidsiz baxışlarında çox mətləblər gizlənib.Hətta mənim bu məqamda aidiyyatı orqanlara demək istədiyim söz də...

 

25 Oktyabr, 2017  09:58 Baxılıb: 1997

Bu bölmədə