Simsar.az | bizi özünüzə Simsar bilin
2018-ci ilin dövlət büdcəsi açıqlanıb

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin proqnozları açıqlanıb. Simsar.az -ın məlumatına görə, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat proqnozlaşdırılır. Dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlər icra olunacağı proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 778,7 milyon manat məbləğində müəyyən edilib. Dövlət büdcəsinin kəsirinin ödənilməsi üçün aşağıdakı maliyyə mənbələri müəyyən olunub: daxili və xarici borcların alınması, 2018-ci ilin yanvarına olan ümumi məbləği 749,7 milyon manat olan vahid xəzinə hesabında qalıq, Avropa İttifaqının qrantları - 29 milyon manat. "2018-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 20-də rəsmi mətbuatda dərc edilib.

20 Oktyabr, 2017  10:26 Baxılıb: 2309

Bu bölmədə