Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün Milli Məclisin iclası var

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Iclasın gündəliyinə Cinayət Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən "Banklar haqqında", "Poçt haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Mədəniyyət haqqında" və digər bir sıra qanunlara dəyişikliklər olmaqla 20 məsələ daxildir.

İclasda həmçinin "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi müzakirə ediləcək.(trend)

20 Oktyabr, 2017  09:18 Baxılıb: 1214

Bu bölmədə