Simsar.az | bizi özünüzə Simsar bilin
Rahidə Baxışova "Deməsinlər" adlı klipi təqdim etdi

Müğənni Rahidə Baxışova “Deməsinlər” adlı yeni mahnsına çəkilmiş klipi təqdim edib. Simsar.az-xəbər verir ki, Nizami Kino Mərkəzində təqdimatı keçirilən klipi rejissor Natiq Novruzov ekranlaşdırıb. Ekran işində tam fərqli görünən R.Baxışova bildirib ki, bu onun 2008-ci ildən sonra çəkilmiş ilk klipidir: "İllərdir ki, klip təqdim etmirdim. İstədim, fərqli bir işlə insanların qarşısına çıxım. Düşünürəm ki, "Deməsinlər" klipində məni fərqli ampulada görəcəklər. Fərqli imicdəyəm. Bütün bu işləri isə rejissor Natiq Novruzov ekranlaşdırdı. Necə alındığını isə tamaşaçılar bilər. Çünki ən sonda qiyməti onlar verir".

Tədbirin aparıcısı jurnalist Şahin Cavadsoy isə klipə baxışdan sonra təbrik üçün gələn qonaqlara söz verib. Qeyd edək ki, qonağlar arasında əməkdar artistlər Ədalət Şükürov, Vasif Məhərrəmli, müğənnilər Emil Bədəlov, Niyam Salami, Elnarə Xəlilova, Yaşar Yusub, rəqqasə Fatimə Fətəliyeva, və başqaları yer alıb.

 

 

18 Oktyabr, 2017  18:43 Baxılıb: 3194

Bu bölmədə