Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Yozef Blatteri təbrik etdi

Prezident Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatteri təbrik edib.

Məlumatı AzərTAc yayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Blatter,

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul vəzifəyə seçilməyiniz dünya futbolunun inkişafı, milyonların sevimli idman növünün təbliği və yayılması sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, Azərbaycan ilə rəhbərlik etdiyiniz dünya futbol təşkilatı arasındakı əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar diləyirəm".

3 İyun, 2011  03:49 Baxılıb: 1175

Bu bölmədə