Simsar.az | bizi özünüzə Simsar bilin
Əmisi oğlunu öldürdü - BAKIDA

Paytaxtda qətl hadisəsi baş verib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan Şəki şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov doğma əmisi oğlu 1988-ci il təvəllüdlü Şəki şəhər sakini, Pərviz Məzahir oğlu İsgəndərovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.İsgəndərov P.İsgəndərovu bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsgəndəov saxlanılıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(trend)

19 Oktyabr, 2017  11:09 Baxılıb: 1315

Bu bölmədə