Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistlər "Maşın" Realiti Şousundan danışdı...

Simsar.az ATV kanalında yayımlanan “Maşın” realiti-şousunun 15-ci sürəti “Xanımlar vs cənablar” buraxılışı ilə bağlı jurnalistlərin fikirlərini öyrənib. Mediada çox ciddi yazarlar kimi tanınan jurnalistlərin bəzilərinin realiti şou haqqında fikirləri bir qədər sərt oldu. "Mashin" realiti şousunu izləyirsinizmi? Bu verilişi necə qiymətləndirirsiniz? - suallarına verilən cavablarla sizi də tanış edirik.

Lent.az saytının redaktoru Səbuhi Məmmədli: "Umumiyyətlə Azərbaycan telekanallarına baxmıram. "Maşın" şou kimi debil təfəkkürlü,  cəmiyyətə ziyanlı, bir sürü insanların yığışıb təlxəklik etdiyi verilişə isə vaxt ayırmaq anormallıqdır."

Ölkə.az saytının əməkdaşı Hikmət Həsənov:"Şounu izləmirəm. İzləmədiyim üçün isə heç bir qiymət verə bilməyəcəm."

"Report" İnformasiya Agentliyinin redaktoru Pərvin Abbasov: "Keçən dəfəki "Maşın" şounun bütün buraxılışlarına baxdım. O, daha maraqlı idi. Bu dəfə bir-iki verilişə baxmışam. Necə qiymətləndirməyə gəldikdə, bu şounun tənqid olunası məqamları var. Amma Azərbaycanın ən maraqlı şousu olduğunu da deməmək olmaz. Murad Dadaşov bu şounu bir nömrəli veriliş edə bilib."

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov: hazırda şounu izləməsəm də əvvəllər baxdığım buraxılışlar olub. İzləməsəm də sosial mediadan ümumi məlumatım var. Çox baxımlı və yaxşı təşkil olunmuş bir televiziya proqramıdır. Murad Dadaşov bu işin Azərbaycanda ən yaxşı təşkilatçılarından eyni zamanda ən yqaxşı aparıcılarından biridir. Altında M.Dadaşovun imzasi olan layihə həmişə uğurlu alınır."

Speace radiosunun əməkdaşı Famil Məcidli: "Layihə 15 ildir davam etsə də, baxımlıdır, söz ola bilməz. Murad Dadaşov da istedadlı təşkilatçı və şoumendir. Baxanlar baxmayanlardan çoxdur. İştirakçılar arasında xislətini tez ələ verənlər var, pis olan budur.  Bir maşına görə özünü cilddən-cildə salmamalısan. Şou bitəcək, təəssürat qalacaq..."

Bakı-Xəbər qəzetinin əməkdaşı Vidadi Ordahallı: "Düzü, izləmirəm. Ona görə ki, çox səviyyəsiz bir verilişdir. Şouda iştirak edənlərin bir çoxunun intellektual səviyyəsi çox aşağıdır. Münasibətim isə mənfidir."

"Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyev: "Verilişi izlemirem. Umumiyyıə televiziyada xeberlerden ve analitik proqramlardan qeyri heç nəyə baxmıram."

Telejurnalist Namiq Qurban:"Baxmiram, ona görə söylədiyim fikir obyektiv olmaya bilər. Amma eşitdiklərimə istinad etsəm, qalmaqala hesablanmış bir proqramdır.Ümumiyyətlə, yerli kanallara baxmıram desəm, daha doğru olar."

Cəmilə Məmmədova

 

18 Oktyabr, 2017  14:59 Baxılıb: 2339

Bu bölmədə