Simsar.az | bizi özünüzə Simsar bilin
Həkim – terapevt Afət Əsgərzadə: “İstərdim növbəti seminarımızı Qənirə Paşayeva ilə birgə keçirək”

Simsar.az –ın bu dəfəki qonağı “İlin həkimi” nominasiyasına layiq görülmüş həkim – terapevt Afət Əsgərzadədir.

- Afət xanım, redaksiyamıza xoş gəlmisiz. Ilk olaraq Sizi “İlin həkimi” adına layiq görülməniz münasibətilə təbrik edirik. Ümumiyyətlə bütün dünyada səhiyyənin inkişafından danışılır.  Azərbaycanda da artıq klinikalar müasir və yüksək texnologilarla təmin edilib. Amma insanların həkimə etimadı azalıb desəm səhv etmərəm. Siz də artıq neçə illərdir tibb sahəsində  öz sözünüzü demisiz. Bu günkü, səhiyyəmiz haqqında nə deyə bilərsiniz?

- Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Ümumiyyətlə can sağlığı insan üçün çox vacib bir şeydir. Hər hansısa bir ad gününə gedəndə, və ya əzizlərimiz bir yerə yığışanda hamı bir-birinə can sağlığı arzu edir. Həqiqətən də sağlamlıq  hər bir insanı maraqlandıran, düşündürən bir problemdir. Insan sağlamlığı elə bir şeydir ki, heç bir vaxt nəyisə yüz faizliklə qarant  vermək olmur. Misal üçün elə götürək zökəm xəstəliyini. El arasında “qrip” deyirlər. Fikir verin bir virus ailədəki 4 - 5 nəfərdə özünü eyni formada göstərmir. Birində ağırlaşmış ola bilər, biri yüngül keçirdə bilər.  Belə düşünməyək ki, hər bir şey səhiyyədə yüz faiz həll olacaq.  Bu özü elə bir balaca problemli məsələdir. Bu problem dünyanın hər yerində var. Azərbaycan səhiyyəsinə gəldikdə, inandırım ki, sizi mən özüm bir neçə Avropa ölkələrində olmuşam, bir çox konfranslarda iştirak etmişəm Azərbaycan səhiyyəsi digər ölkələrin səhiyyələrindən geridə qalmır. Bizim o qədər gözəl qabiliyyətli mütəxəssislərimiz var ki, dünya şöhrətlidirlər. Nadir xəstəlikləri belə müalicə edir, transplantasiya əməliyyatları aparılır. Eyni zamanda yaxşı nəticələr də əldə edirlər.

- Afət xanım, bu da danılmaz bir faktr ki, son illərdə həddindən artıq negativ halların, yəni həkim məsuliyyətsizliyinin, həkim səriştəsizliyinin  şahid olduq. Bu da geniş şəkildə media və sosyal mediadan cəmiyyətə çatdırıldı. Ona görə də həkimlərimizə inamsızlıq yarandı.  Artıq insanlar həkimlərimizə etibar etmirlər.

- Bizim ailədə kimdəsə problem olarsa sözsüz ki, mənə müraciət edirlər. Bizdə çalışırıq ki, qohum-əqrabamızı yaxşı mütəxəssisə yönəldək. Yaxşı mütəxəssis deyəndə isə, yenə deyirəm tanınmış, bu sahədə öz adını qazanmız, işinə, özünə güvən qazanılmış bir həkimə yönəldirik. Hər bir sahədə səriştəsiz insalar olur. Düzdü tibbdə biz çalışmalıyıq ki, olmasın çünki bu insan həyatıdır. Biz bu gün çalışırıq ki, bacardığımız qədər insanları marifləndirək, seminarlar daha çox keçirək. Yaxşı həkimləri araşdıraq üzə çıxardaq, onların nailiyyətlərini, bacarıqlarını mediyada cəmiyyətimizə tanıdaq. Əlbəttə mən sizlə də razılaşıram ki, təcrübəsiz həkimlər də var. Biz gərək bacardığımız qədər belə mənfi hallardan uzaqlaşaq. Ona görə də hər bir mövzudan, xəstəlikdən biz seminarlar keçirdirik ki, insanları marifləndirək. Televiziyamızda da verilişlərin çoxu tibblə bağlıdır. Insanlar o verilişlərə baxıb, hardasa özləri üçün bir nəticə çıxarmalıdır ki, səriştəli, təcrübəli bir həkim tapıb, ona müraciət etsinlər.

- Afət xanım, sizə daha çox hansı hallarda xəstələr müraciət edir?

- Bilirsinizmi,  mən sovet dövründə təhsil almışam. O dövrdə xüsusi ixtisaslar var idi. Terapevt, nevropatolok, kardioloq hər hansı bir sahənin mütəxəssisi. Ancaq indi Avropada ailə həkimi deyilən bir anlayış var. Hansı ki, insanlar sənə güvənir, inanır və ailə həkimi kimi səni dəvət edirlər. Inanın ki, mənim pasientlərimdə yaş təbəqəsi yoxdur. Hər yaşdan gələnlər var. Hal-hazırda ən çox şikayət isə mövsüm dəyişkənliyindəndir. Belə bir deyim var, sağlam bədəndə sağlamda ruh olar. Insanın bədəni sağlam və gümrah olanda onun ruhu da gümrah olur.  Hal-hazırda isə bizə daha çox zökəm xəstəliyinə görə müraciət var. Çünki isti bir yay keçirtdik. Sentyabr ayı gəldikdə isə birdən soyuqlar, yağışlar başladı. Müraciətlər isə daha çox baş ağrıları, burun tutulma, boğazda qıcıqlanmalar və s. olur. Bəzi xəstəliklər də var ki, məsələn xroniki xəstəliklər bu mövsüm dəyişkənliyi zamanı ağır keçirdirlər. Biz həmin ağrılaşmanın qarşısını almaq üçün bir kurs müalicə aparırıq. Çalışırıq ki, elə bir kurs müalicə yazaq ki, bu xəstəlik ağırlaşmasın. Elə hallar olur ki, biz xəstəni stasionara yerləşdirmək məcburiyyətində qalırıq. Bilirsiniz ki, asmatik, braxional asma xəstələr var ki, onlar bu periodu çox çətin keçirdirlər. Çünki onlarda alergik mənşəlidir və havanın belə dəyişməsi, biraz nəm hava şəraiti onların yuxarı tənəffüs orqanlarında kəskinləşmə yaradır.  Bu xəstələr artıq özləri bilirlər və payız fəsli gələn kimi bizə müraciət edirlər. Biz də onların imum sistemini gücləndiririk. Onlara bol  vitamin qəbul etmələrini, düzgün yuxu və qida rejimlərinə diqqət yetirmələrini məsləhət görürük. Bununla da imum sistemini qaldırıb xəstəliklə mübarizə aparmaqlarını tövsiyə edirik.

- Çox maraqlı məqama gəldiniz. Siz müalicə zamanı  təbii vasitələrdən istifadə etməyi tövsiyyə edirsinizmi?  Ümumiyyətlə insanlar arasında həkimin yazdığı dərmanlardan da şikayətlər var. “Uzun və bahalı reseptlər yazılır”-  deyə şikayətlər alırıq. Nəticə isə arzulanan kimi olmur.

- İradə xanım bilirsiniz, mən həkim-terapevt olaraq çalışıram ki, kimyəvi dərmanlardan uzaq durum. Sadəcə xəstəliyin gedişindən asılı olaraq çox şey dəyişir. Siz bilirsiniz ki, hər bir fərd individualdır və xəstəliyi keçirtmə periodu var. Misal üçüb zökəm xəstəliyi elə insan var ki, yataq rejimində, yüksək temperaturla ürək bulanma və s. keçirir. Bu hala uyğun olaraq resept yaziriq. Ele hallar olur ki, orqanizmdən aslı olaraq, məcbur qaldığımızda kimyəvi dərmanlar yazırıq. 2 gün bundan qabaq bir pasient gəldi 39-40 temperaturla, xəstənin vəziyyəti çox ağır idi. Qusma, ishal, kəskin baş ağrıları həmçinin də xəstənin başqa xəstəlikləri də var idi. Mən bu cür temperaturda onu heç vaxt təbii vasitələrlə müalicə edə bilməzdim. Amma adi vəziyyətdə təbii vasitələrdən istifadə edirəm. Onsuzda indi görürsünüz ki, bir çox dərmanların tərkibini bioloji əlavələr edirlər. Məsəl üçün mən imum sistemin qaldırılmasında daha çox bioloji aktiv maddələri tövsiyə edirəm. Xarici ölkələrdə bu bioloji aktiv maddələr mağazalarda satışda var. Yaz, payız mövsümündə vitaminlərə üstünlük verirəm. Mənim ən çox sevdiyim bir qarışıq var. Sarımsaq və limondan ibarət bu qarışıq, imum sisteminə çox gözəl təsir edir. Bu qarışığı xəstəyə 40 gün müddətində qəbul eləməyi tövsiyə edirik. Bizim qoz, fındıq, badam kimi çərəzlərimiz var. Onların tərkibində yağlar mikroelementlər var ki, bəzi xəstəliklərin dərmanıdır. Xüsusən tələbələr fast food yeməklərdən çox istifadə etdikləri üçün mədə-bağırsaqdan əziyyət çəkirlər. Cavanların əksəriyyətində ən çox xroniki qastirit xəstəliyindən müraciət edirlər. Daha çox zeytun yağlarəndan istifadə etmələrini  tövsiyə edirəm. Bir var deyirik daşıyıcı, bir də var ki, deyirik xəstə. Daşıyıcı o insanlara deyirik ki, o insan yoluxur, ancaq onun orqanizmində imum sistemi möhkəm olduğundan elə də böyük fəsad törətmir. Ancaq orqanizmdə imum sistemi aşağı düşəndə virus başlayır fəsat törətməyə. Bilirsiniz ki, indi zəmanəmizin xəstəliyi hepatitdir. Hepatit C, B dünyada çox yayılmış xəstəliklərdir. Insanlar bu virusa natəmiz diş klinikalarında, gözəllik salonlarında qısaca qanla təmas olan vaxtı yoluxa bilərlər. Hepatit C, B, A orqanizmə yoluxanda serroz yaradır və insan qara ciyər serrozundan dünyasını dəyişə bilir. Əgər orqanizmdə immun sistemi möhkəmdirsə o bu virusla mübarizə apara bilir. Təbii vasitələrlə insan öz immun sistemini möhkəmlədə bilər. Adi bir limon çox ucuz qiymətədir. Tərkibində vitamin C var. Daha sonra buğda cücərtisi var imum sisteminə çox faydalıdır. B17 tərkibli əriyin çəyirdəyi. Düzdü bir qədər acı olur ama çox faydalıdır.  B17 vitamini xərçəng xəstəliyinə qarşı əvəz olunmaz rolu var. B17 vitamini əriyin, qara üzümün cəyirdəyində olur.

- Təzyiqi aşağı olan insanlar var ki, limonu yeyə bilmirlər. Onlar necə qəbul etməlidirlər?

- Limon əvəz edilə bilməz bir nemətdir. Siz özünüzdə bilirsiniz ki, hər bir şeyi norma daxilində qəbul etmək lazımdır. Biz xəstələrimizə nəyisə tövsiyə edəndə individuallığı nəzərə alırıq. Insan var ki, limona qarşı allerqiyası var, yaxud da qan təzyiqi aşağıdır. Biz bunların hamısını nəzərə alırıq.  Sarımsaq və limon qarışığında böyük miqdarda sarımsaq və ya limon yoxdur. Xəstələr bu məhlulu qəbul edəndə norma daxilində etməlidirlər ki, o insana fəsad yox, fayda versin.

- Afət xanım, bizə artıq məlumdur ki, siz həkim olmaqla yanşı ictimai fəallığınız da var. Belə ki, şəxsən “Qadın klububu”  yaratmısız. Və xanımları maarifləndirmə istiqamətində faydalı işlər görürsüz. Bir qədər də ictimai fəaliyyətinizdən danışardınız.

- İlk növbədə biz qadınıq. Qadınları müdafiə eləmək, onların sağlamlığını qorumaq, qayğısına qalmaq, qadınların problemlərini həll eləmək bizim üçün ən öndə gedən məsələdir. Məni tanıyanlar bilirlərk ki, həkim  - terapevtəm. Ancaq bir çox insanlar mənə digər xəstəliklərlə də müraciət edirlər. Sözsüz ki, ciddi bir xəstəlik olarsa hərənin öz ixtisası var deyə, ginekaloji problemi olanı ginekoloqa, kardioloji problemi olanı kardioloqa və s. yönəldirəm. Xanımlarla çox təmasda olduğumdan onların problemlərini bilirəm. Ümumiyyətlə hər bir həkim adi bir davranışla, sözlə də pasientə müsbət təsir göstərə bilər. Həkimin xəstə ilə ünsiyyətindən çox şey aslıdır. Xəstə həkimə müraciət edərkən onsuz da aqressiv olur. Çünki ağrıyan bir orqan var. Bəzən  xəstə həkimə bir ağrı üçün müraciət edirsə, müayinə zamanı başqa probləmləri də üzə çıxarırıq. Xəstələrin əksəriyyətində depressiya, əsəb, sinir pozğunluğu var. Xəstə ilə bir sohbət edərkən məlum olur ki, 1 ay yaxud 20 gün öncə boyük bir stress yaşayıb. Sonda isə məlum olur ki, hər şeyin başında böyük bir depressiya dayanır. Bütün bunları nəzərə alaraq xəstəyə psixoterapevt  tərəfdən yanaşırıq. Mədə qanaxması ilə mənə müraciət edən xəstədə məlum olmuşdu ki, o ailə münaqişəsi zaman böyük depressiya keçirib. Bunların başında depressiya dayandığı üçün və qadınların xəstəlikləri daha çox depressiyadan , keçirilən stressdən qaynağlandığı üçün belə bir qadın klubu yaratdıq. Bu klubun məqsədi də ondan ibarətdir ki, xanımları marifləndirmək, sağlamlığını qorumaq, qayğısına qalmaq. Onlara prafilaktik olaraq sağlamlıqları haqqında, yarana biləcək xəstəliklərin qarşısını necə ala bilmələri haqqında məlumat vermək. Eyni zamanda,  çalışırıq ki xanımlara gözəl bir gün yaşadaq. Xarici ölkələrdə belə seminarlar çox keçirilir. Qadın incə bir məxluqdur. Çox zərifdir. Evdar xanımlar özlərinə daha çox qapanırlar. Bizim klubumuz bütün kateqoriyadan olan qadınlara açıqdır. Məqsəd xanımları bir araya yığmaq,  psixoloji problemlərini aradan qaldırmaq, onları marifləndirməkdir.Məlumdur ki, qadının işi bitmir.  Hər şeyi edir öz sağlamlığını sonraya saxlayır. Hər bir qadın 30-35 yaşdan sonra tez-tez həkimə müraciət etməlidir. Ancaq Azərbaycandakı çox  xanımlar bunu etmir.

- Mənim özümə də maraqlı gəldi. Növbəti seminarınız nəvaxt olacaq?

- Növbəti seminarımız oktyabrın 22-i saat 3-də “CentralPark” oteldə olacaq. Özümüz bazar gününə salmışıq ki, istirahət günü olsun. Hamı iştirak edə bilsin. Ən aktual bir mövzu seçmişik. “Qadınlarda olan psixoemosional problemlər. Depressiyalar.” Ən sakit xanımlarda belə biz bu problemlə rastlaşırıq. Həyat tərzindən çox şey aslıdır. Gərgin olurlar, yuxusuzluq problemi ilə qarşılaşırıq, baş ağrıları baxın bütün bunlar keçirilən stresdən, keçirilən bir depressiyadan  aslıdır. Bunların nəticəsində böyük fəsadlara yol açılır. Bunların qarşısını almaq üçün də belə bir mövzu seçdik ki, psixoemosianalın, depressiyaların qadın orqanizminə təsiri. Bunların qarşısının alınması və profilaktik tədbirlərdən danışacağıq.

- Afət xanım, bu il həmçinin siz ilin xanım həkimi naminatsiyasını qazanmısınız. Bu da öz növbəsində çox sevindirici haldır. Qadın klubunuzda seminarlar və tədbirlərdən başqa nə etməyi planlaşdırırsınız? Davamı necə olacaq?  Seminarlarınızı bölgələrdə keçirməyi düşünürsünüzmü?

- İradə xanım, bu idea sırf özümə aiddir. Ilk seminarımda 40 nəfər iştirak etmişdi.  Bu toplantıdan sonra mənə çoxlu zənglər gəlməyə başladı. Insanlarda çox böyük maraq doğurdu. Həqiqətən də ilk toplantımızda çox gözəl mövzu seçmişdik. Mövzu sırf ginekoloji problemlər idi. Biz orda elə bir şərait yaratmışdıq ki, hər bir xanım öz problemi haqqında bizə danışa bilirdi. Mən hər bir xanıma vərəq və qələm də vermişdim ki, gələcəkdə bizim klubda hansı mövzuları görmək istədiklərini qeyd etsinlər. Mövzular müxtəlif idi. Miomalar, kistalar, sonsuzluq, depressiya və s. daha çox xanımlarda ginekoloji və psixoloji xəstəlikləri yazmışdılar. Hətta ilk seminardan sonra belə bir xanım olub ki, hər hansısa bir xəstəliyə görə yox, sırf psixoloji problemə görə mənə müraciət edib. Məndə 3-4 dəfə qəbul etmişəm, oturub söhbət etmişik. Xanımların əksəriyyəti mənə yaxınlaşıb - “ Afət xanım, sizin dediyiniz məsləhətləri gördük və həqiqətəndə çox böyük nəticə əldə etdik.” – deyiblər.  Bir məsələyə də xüsusi toxunmaq istəyirəm. Azərbaycan mentalitetinə görə qız uşaqları ginekoloqa müraciət etməməlidir. Hansısa qız uşağı qadın həkiminə getdikdə Azərbaycanda bu ictimai qinaqla qarşılanır. Bu düzgün deyil. İnanın ki, əgər vaxtlı vaxtında həkimə müraciət etsək bu qədər sonsuzluq problemi ilə qarşılaşmarıq. Azərbaycanda hər bir xanım ailə qurandan sonra ginekoloqa müraciət edir. Nəticədə nəsə böyük bir problemlə də qarşılaşa bilər. Ancaq vaxtında həkimə getsə idi artıq onda bu cür böyük problem yaranmazdı. Biz qız uşaqlarını müayinə etməklə gələcəyin sağlam analarını yetişdiririk. Bayaq bölgələrdə belə seminarların keçirilməsini soruşduz.  Bəli bu bizim klubun proqramında var. Bilirsiniz ki, şəhərdə həyat qaynayır, klinikaların sayı çoxdur, xaricdən həkimlər gəlir, belə seminarlar keçirir. Şəhərdə məlumatlanmaq daha asandır. Ancaq rayonlarda, ucaq kəndlərdə belə tədbirlər xanımlarımız üçün əlçatmazdır.  Bölgələrdəki xanımların psixoemosionallığı daha çoxdur nəinki şəhərdə. 6-7 ay bindan əvvəl bölgələrimizin birinə müayinəyə getmişdik. Müayinə zamanı gənc bir xanım gəldi. O xanımı müayinə edərkən döş vəzisində şiş aşkar etdim. Və onu diaqnoz qoymaq üçün dəvət etdim ki, müəyyən aparatlardan keçsin. Oturub həmin xanımla söhbət etdikdə bizə məlum oldu ki, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalır. Və xanım o şişin süd vəzisində olduğunu bilirmiş. Sadəcə olaraq o bu problemi ailəsində deyərkən yoldaşı, qaynanası tərəfindən sərt təpki gördüyündən həkimə müraciət etməyib. O Bakıya gədikdə müayinə zamanı məlum oldu ki, artıq doğurdan da bəd xassəli bir şiş yaranıb. Artıq 30 yaşındakı bu xanım xərçəng astanasında idi. Bu acınacaqlı halları görəndən sonra mənə çox pis təsir edir. Mən istəməzdim ki, gənc bir xanım bu problemlə qarşılaşsın. Biz ona kömək elədik, ancaq inanmıramki onun ailəsi ona imkan versin ki, o bu xəstəliyə qalib gəlsin. Insanın yaşam tərzi düzgün olmazsa, ruhu sağlam olmazsa, düzgün istiqamətdə olmasa orda heç bir sağalmadan söhbıt gedə bilməz. Yəni xanımlarımız mənəvi cəhətdən ona hazır olmalıdır.

- Məni maraqlandıran  bir mövzu da var. Çox istedadı olub, ancaq kompleks yaşayan xanımlarımız da var. Mən istərdim ki, sizin seminarınızın növbəti mövzusu bu olsun. Həqiqtən mənim öz tanıdığım xanımlar da var ki, çox istedadlıdırlar , amma kompleksi olduğundan onu təqdim edə bilmir.

- Çox gözəl məqama toxundunuz. Bizim seminarlarımızın keçirilməsində məqsədlərdən biri də elə budur. Klubumuza hər kateqoriyadan xanımlar gəlir. Müəllimlər, həkimlər müxtəlif təbəqədən xanımlar. Bu qadın klublarının təşkili qadın  kompleksinin aradan qaldırılmasına çox böyük təkan verir. Bir xanımın istedadı var, ancaq o istedadı göstərəcək məkan yoxdu, imkan yoxdu. Biz isə seminarlarda həmin xanımın sakitləşmə hissi veririk ki, o öz daxilində olan bacarığını, beynindən keçən fikrini ortaya çıxartsın. Çox xanımlar olur ki, müraciət edirlər ki, mənim özümün əl işlərim var. Olarmı onları gətirim təqdim edim. Çox gözəl bir fikridi niyə də yox? Gətirdi təqdim etdi çox gözəl əl qabiliyyəti var idi. Mənə də bir hədiyyə etmişdi. Mən bütün xanımlarımızı aktiv olmağa çağırıram. Vaxtında özlərinin qayğısına qalmaqlarına, yaxşı tanıdıqları həkimə müraciət etmələrini tövsiyyə edirəm. Bütün xanımları oktyabrın 22 -si saat 3-də “CentralPark” oteldə keçiriləcək sseminara dəvət edirəm. Tədbirdə xanımlarımız həm maariflənəcək, həm maraqlı gün kemirəcək, həm də hədiyyələr qazana biləcəklər.  Bu yerdə xüsusən bildirmək istəyirəm ki, tarix boyu Azərbaycanda işgüzar, vətən, millət üçün çalışan, xalqın, torpağın təəssübünü çəkən qadınlar yetişib. Mən çox cəsarətlə Zərifə Əliyevanın, Aida İmanquliyevanin, Mehriban Əliyevanin, Qənirə  Paşayevanın adlarını çəkərdim. Əslində bu cür xanımlar Azərbaycan tarixində çox olub və olmaqdadır. Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevanin xalqımız üçün gördüyü işlər göz qabağındadır. Millətimin layiqli vəkili Qənirə Paşayevanın Azərrbaycanın sərhədlərindən kənarda olan fəaliyyətini necə yüksək qiymətləndirməyəsən. Mənim bu cür xanımlarımıza çox böyük hörmətim var. Bütün xanımlarımıza onlara bir örnək, nümunə kimi baxmaqlarını məsləhət görərdim. Məsələn mən həkim olmağıma baxmayaraq Qənirə xanımın fəaliyyətini yaxından izləyirəm. Çox istərdim növbəti seminarımızı Qənirə Paşayeva ilə birgə keçirək.

İradə Nurəddinqızı

P.S Seminara bilet əldə etmək istəyənlər üçün əlaqə: +994704069669

16 Oktyabr, 2017  12:19 Baxılıb: 4342

Bu bölmədə