Bakıda qətl hadisəsi baş verib
Paytaxtda qətl törədilib. APA-nın xəbərinə görə, qanlı insident Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında adı hələlik istintaqla dəqiqləşdirilən bir nəfərlə mübahisə edib. Mübahisənin tərəflər arasında yol verilmiş nalayiq ifadələrdən qaynaqlandığı deyilir. Hər iki şəxs "söhbətin aydınlaşdırılması"na bıçaqla gəlib və sonradan əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetirib. Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb. Cinayətin istintaqını rayon prokurorluğu araşdırır.
16 Oktyabr, 2017 10:02 ⁄ Baxılıb: 1586
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |