Simsar.az | bizi özünüzə Simsar bilin
Tatlısəs Türkiyəyə qayıtdı

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs bu gün İstanbula qayıdıb.

Bir müddətdir Almaniyada müalicə olunan məşhur türkiyəli müğənni İbrahim Tatlısəs bu gün İstanbula qayıdıb.

Simsar.az-ın məlumatına görə, İbrahim Tatlısəs bu il aprelin 6-da səhər tezdən İstanbuldakı Acıbadəm Xəstəxanasından çıxarılaraq Səhiyyə Nazirliyinin ambulans təyyarəsi ilə Almaniyaya aparılmışdı.

Martın 14-nə keçən gecə İstanbulda sui-qəsdə məruz qalan müğənni başından güllə yarası almışdı. Nəticədə sol tərəfi iflic olan “İbo” Hamburq şəhərindəki tibb mərkəzində fizioterapiya və reabilitasiya kursu keçib.

3 İyun, 2011  01:00 Baxılıb: 1651

Bu bölmədə