Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
İsmayıllı RPŞ əməkdaşları tərəfindən narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yaşıl kütlə halında narkotik tərkibli bitkilər isə aşkar edilərək məhv edilib. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında şəhər sakinləri İsmayıl İsmayılova məxsus həyətyanı sahəyə keçirilən baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 666 qram qurudulmuş marixuana və 535 qram çətənə kolu, Eldəniz Balakişiyevə məxsus həyətyanı sahəyə baxış zamanı isə 1 kiloqram 417 qram qurudulmuş marixuana və 635 qram çətənə kolu aşkar edilərək götürülüb.
14 Oktyabr, 2017 13:51 ⁄ Baxılıb: 1045
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |