Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı-Quba yolunda qəza - ÖLƏN VAR

Bakı-Quba yolunun 32-ci kilometrliyində “Shacman“ markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.

Simsar.az FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumunBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

11 Oktyabr, 2017  10:07 Baxılıb: 1236

Bu bölmədə