Simsar.az | bizi özünüzə Simsar bilin
Latviyada yeni prezident

Andris Berzinış Latviya Seymi (parlamenti) tərəfindən ölkənin yeni prezidenti seçilib.

Simsar.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, prezident postu uğrunda hazırkı dövlət başçısı Valdis Zatlers və Latviya Ticarət-Sənaye Palatasının sabiq rəhbəri Andris Berzinış mübarizə aparıb.

Prezidenti parlamentin seçdiyi Latviyada ilk turda qələbə qazanmaq üçün 100 deputatdan ən azı 51-nin səsi tələb olunur. A.Berzinış 53 deputatın səsini qazanmağa müvəffəq olub.

Qeyd edək ki, Latviyanın fəaliyyətdə olan prezidenti V.Zatlers mayın 28-də Seymin buraxılması prosedurunun başlandığını elan edib.

3 İyun, 2011  00:57 Baxılıb: 1421

Bu bölmədə