Simsar.az | bizi özünüzə Simsar bilin
Yunanıstan səfiri BANM - də olub

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nicolaos Kanellos ilə görüşüb. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az -a verilən məlumata görə, rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. E.Qasımov qeyd edib ki, cari ildə Erasmus + proqramı çərçivəsində BANM-in 5 tələbəsi Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsilini davam edəcəklər. Bildirib ki, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur.

Səfir Nicolaos Kanellos səmimi qəbula görə təşəkkür edib. O, Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulayıb.

Görüşdə, gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

10 Oktyabr, 2017  13:09 Baxılıb: 1098

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası