Simsar.az | bizi özünüzə Simsar bilin
"Sınıq körpü"də 320 ədəd fişəng tapılıb

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Simsar.az -a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

10 Oktyabr, 2017  13:06 Baxılıb: 1311

Bu bölmədə