Simsar.az | bizi özünüzə Simsar bilin
Parlamentin növbədənkənar sessiyasının vaxtı bilindi

Milli Məclisin iyun ayında keçiriləcək növbədənkənar sessiyasının vaxtı bilinib.

Bu barədə Simsar.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, parlamentin növbəti iclası iyun ayının 10-da keçiriləcək. 


Qeyd edək ki, nizamnaməyə görə, Milli Məclisin yaz sessiyasının vaxtı may ayının 31-də bitsə də, müzakirə ediləsi bir sıra vacib layihələr olduğu üçün 78 deputatın müraciətinə əsasən, sessiyaların vaxtı iyun ayına qədər uzadılıb.

3 İyun, 2011  00:51 Baxılıb: 1339

Bu bölmədə