Simsar.az | bizi özünüzə Simsar bilin
Atambayev Qırğızıstanda iğtişaşlardan qorxaraq Rusiyaya səfərini ləğv edib

Qırğızıstan Prezidenti Almazbek Atambayev Rusiyaya səfərini ləğv edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, A. Atambayev oktyabrın 11-də Soçidə MDB və Avrasiya İqtisadi İttifaqının Dövlət Başçılarının Şurasının iclaslarında iştirak etməli idi. Səfərin ləğv edilməsinə səbəb kimi Qırğızıstan Prezidentinin oktyabrın 15-nə təyin edilmiş dövlət başçısı seçkiləri ərəfəsində ölkədəki vəziyyətə şəxsən nəzarət etmək istəyi göstərilir.

Bildirilir ki, seçkilər günü ayrı-ayrı siyasətçilər tərəfindən kriminalın cəlb edilməsilə kütləvi iğtişaşlara hazırlıq, eləcə də belə siyasətçilərin xaricdən maliyyə dəstəyi alması faktları aşkarlanıb. A. Atambayevi Soçidə ölkənin Baş naziri Sapar İsakov əvəz edəcək.

9 Oktyabr, 2017  16:44 Baxılıb: 2217

Bu bölmədə