Simsar.az | bizi özünüzə Simsar bilin
Politkovskayanın qətlində şübhəliyə ittiham irəli sürülüb

Rüstəm Muxtarova cinayət məcəlləsinin 4 maddəsi üzrə təqsurli bilinir

Anna Politkovskayanın qətlində şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürülüb.

Rusiyanın İstintaq Komitəsinin məlumatına əsasən, mayın sonunda Çeçenistanda həbs edilmiş Rüstəm Maxmudov cinayət məcəlləsinin 4 maddəsi üzrə ittiham olunub.

Bu işlə bağlı R.Mahmudovun 2 qardaşı da şübhəli qismində istintaqa cəlb olunublar.

Rüstəm Mahmudov qətl törətməkdə, qanunsuz silah dövriyyəsində, insan oğurluğunda və zorakılıq hallarında ittiham olunur.

İstintaq hesab edir ki, "məhz Rüstəm Mahmudov" qətli yertinə yetirən şəxs olub və iddia olunur ki, buna dair "sübut - dəlillər" var.

Mahmudovun vəkili Murad Musayev bu arada bildirib ki, DNT ekspertizası onun müdafiə etdiyi şəxsin günahsız olduğunu təsdiqləyir.

"Tapancada DNT izləri qalıb. Həmin izlər Rüstəm Mahmudovun genetik kodu ilə uyğun gəlmir", - vəkil bildirib.

Vəkil Murad Musayevə istinadən, istintaq R.Mahmudovu jurnalist Anna Politkovskayanın qətlinin bilavasitə icraçısı hesab edir.

Rüstəm Mahmudov adlı şəxs Çeçenistanda öz valideynlərinin evində tutulmuşdu.

Onun artıq Moskvaya gətirildiyi və burada onunla istintaq işlərinin aparılması bildirilir.

Mahmudovların vəkili Rüstəm Mahmudovun qətldə əli olmadığını bildirir.

Anna Politkovskaya 2006-cı ildə Moskvada öz evinin qarşısında qətlə yetirilmişdi.

Anna Politkovskaya Çeçenistandakı hadislərlə bağlı tənqidi materialların müəllifidir.

İstintaq qətlin peşəkar jurnalist fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

Rusiyanın İstintaq Komitəsi Rüstəm Mahmudovun həbsinə dair hələlik şərh verməyib.

2 İyun, 2011  23:09 Baxılıb: 1073

Bu bölmədə