İran XİN başçısı Qətərə gedib
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Qətərə gedib. İran KİV-i xəbər verir ki, o, ölkə paytaxtı Dohada Qətər əmiri Tamim bin-Hamad əl-Sani və əmirliyin xarici işlər naziri Məhəmməd bin-Abdurrahman əl-Sani ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərə və bölgədəki son hadisələrə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir. Məumata görə, oktyabrın 2-də M.Zərif Oman paytaxtı Maksatda bu ölkənin xarici işlər naziri Yusuf bin-Ələvi ilə görüşərək, qarşlıqlı əməkdaşlığa dair məsələləri müzakirə edib.
3 Oktyabr, 2017 11:37 ⁄ Baxılıb: 1424
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |