Bu gün "Qəbələ" "Panatinaikos"la qarşılaşacaq
"Qəbələ" komandası bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsində ilk oyununa çıxacaq. "Report"un məlumatına görə, rəqib Yunanıstan "Panatinaikos"u olacaq. Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyunu Xuan Martines Munueranın başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcək. Bu komandalar 2015-2016 mövsümündə Avroliqanın "play-off" mərhələsində üz-üzə gəliblər. Həmin vaxt "Qəbələ" səfər qolları sayəsində (0:0, 2:2) tarixində ilk dəfə qrup mərhələsinə adlayıb. "Qəbələ" bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Polşa "Yagelloniya"sını mübarizədən kənarlaşdırıb - 1:1, 2:0. Bundan sonra Bakıya qayıtmayan "qırmızı-qaralar" əvvəlcə Varşavada, sonra isə Afinada hazırlıq keçib. "Panatinaikos" isə mübarizəyə elə III təsnifat mərhələsindən başlayacaq. Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyun 27 iyul 22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) Baş hakim: Xuan Martinez Munuera (İspaniya) Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya) Dördüncü hakim: Mario Melero Lopez (İspaniya) Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya) UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya) Afina. “Apostolos Nikolaidis” stadionu Qeyd edək ki, cavab görüşü avqustun 3-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.
27 İyul, 2017 09:06 ⁄ Baxılıb: 2086
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |