Simsar.az | bizi özünüzə Simsar bilin
Yaşayış binasında yanğın - sakinlər təxliyə olunub - BAKIDA

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunmuş və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

26 İyul, 2017  10:07 Baxılıb: 1483

Bu bölmədə