Simsar.az | bizi özünüzə Simsar bilin
Riçard Morninqstar Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana səfər edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Binin APA-ya verdiyi məlumata görə, Riçard Morninqstar 7-10 iyun tarixində Bakıda keçiriləcək Xəzər neft-qaz sərgisinə qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. 

Səfər çərçivəsində Riçard Morninqstarın keçirəcəyi rəsmi görüşlərdə ABŞ və Azərbaycanın energetika sahəsində əməkdaşlığına dair məsələləri müzakirə etməsi gözlənilir.

2 İyun, 2011  22:37 Baxılıb: 1070

Bu bölmədə