Simsar.az | bizi özünüzə Simsar bilin
“Qiyam ayı başladı” yazısı qiyam yaratdı

“Yeni Müsavat”-ın əməkdaşı Elşad Məmmədli Nemət Pənahlının qardaşı öğlunu polisə verir

“Yeni Müsavat” qəzetinin sonuncu sayında jurnalist Elşad Məmmədlinin “Qiyam ayı başladı” başlıqlı məqaləsi Cinayət Məcəlləsinin 221.3 maddəsilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) mühakimə olunan, milli azadlıq hərəkatının liderlərindən sayılan Nemət Pənahlının qohumlarının narazılığına səbəb olub.  

E.Məmmədlinin Simsar.az-a verdiyi məlumata görə, N.Pənahlının qardaşı oğlu Pənah Pənahov “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədlini döyüb öldürməklə hədələyib..

“Qiyam ayı başladı” yazısında 1993-cü il 4 iyun qiyamından və onun iştirakçılarından bəhs olunub. Yazı ilə bağlı P.Pənahov “Yeni Müsavat”ın əməkdaşlarından birinin mobil telefonuna zəng edib və Elşad Məmmədli ilə danışmaq istədiyini bildirib.

“Pənah mənə dedi ki, sən kimsən, nə haqqın var Nemət Pənahlı haqqında yazırsan. Həmin vaxt yanımda xanım əməkdaşlar olduğundan ona cavab verə bilmədim. Daha sonra nə üçün bu tonda danışdığına aydınlıq gətirməsi üçün ona zəng etdim. Bu dəfə də aqressiv danışaraq məni nalayiq ifadələrlə təhqir etdi, döymək və öldürməklə məni hədələdi” deyən E.Məmmədlinin sözlərinə görə, P.Pənahov ona “bir yerə çıx, səni başa salım” deyib.

Elşad Məmmədli P.Pənahlının təhdidlərini həyatına real təhlükə hesab edir. Bu üzdən o, hüquq-mühafizə orqanlarına müraciət hazırlayır. E.Məmmədli P.Pənahovun cəzalandırılmasını tələb edəcək.

P.Pənahov isə Simsar.az-a açıqlamasında bildirib ki, əmisi barədə “Yeni Müsavat” qəzetində bəzi səhvlər gedib: “Elşad bəy yazib ki, Nemət Pənahlı qiyamda Gəncə ilə Naxçıvan arasında “poçtalyon”luq edənlərdən olub. Bu xidmətinə görə qısa müddətə Prezident Aparatında yüksək vəzifəyə gətirilsə də sonradan onu oyundan çıxardılar. Hazırda həbsdədir, dələduzluqda, xuliqanlıqda ittiham olunur. Bunlar ağ yalandı. Mən buna etiraz etmək üçün Elşad bəyə zəng etdim. O, mənumlə gözləmədiyim tərzdə danışdı. Mənum “Yeni Müsavat” qəzetinə, orada işləyənlərə böyük hörmətim var. Amma bilməzdim ki, adi teleaon zəngimə belə cavab veriləcək”.

P.Pənahov heç kəsi təhqir etmədiyini dedi.

RUSLAN

2 İyun, 2011  22:08 Baxılıb: 1508

Bu bölmədə