Simsar.az | bizi özünüzə Simsar bilin
Dənizdən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Nazirliyin saytının verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxarıblar. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.

19 İyul, 2017  10:41 Baxılıb: 1315

Bu bölmədə