Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentlərin Kazan görüşünə Türkiyənin münasibəti

Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir

“Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında deyib.

Səfir Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib: “Biz Qarabağ münaqişəsinin həlli istiqamətində əlimizdən gələn köməyi göstərməyə hazırıq. Rəsmi Ankara istəyir ki, Kazanda münaqişənin həllinə dair qərar qəbul olunsun. Biz başda Dmitri Medvedyev olmaqla, bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Bu problemi həll etsək, bölgədəki digər problemlər də həll olunar, Türkiyə-Ermənistan sərhədləri açılar. İlk qapanan qapının da ilk açılması lazımdır. Biz bu problemin həlli üçün nə lazımdırsa, etməyə hazırıq”.

Səfir deyib ki, Qarabağ münaqişəsinin çoxdan həll olunmalı idi, lakin bu proses gecikir: “Zaman ötdükcə, insanların da səbri tükənir”.

2 İyun, 2011  21:19 Baxılıb: 1210

Bu bölmədə