Simsar.az | bizi özünüzə Simsar bilin
Biləsuvarda qadın intihara cəhd edib

Biləsuvar rayonunun Əsgərabad kəndində intihara cəhd hadisəsi baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü S.Kərimova həddindən artıq dərman həbi qəbul edərək, intihara cəhd edib.

Qadın "Təcili yardım" avtomobili vasitəsilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada qadına ilkin tibbi yardım göstərilib, mədəsi yuyulub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Yaxınlarının dediyinə görə, Səbinə Kərimova İran istehsalı olan 6-ya yaxın həb qəbul edib.

Faktla bağlı araşdırma aparılır.(report)

18 İyul, 2017  10:02 Baxılıb: 1307

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası