Simsar.az | bizi özünüzə Simsar bilin
Yaşlı qadını maşın vuraraq öldürüb - MƏRDƏKANDA

Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən yaşlı qadın Orucov Firuz Şahmurad oğlunun idarə etdiyi "90-OZ-390" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Zərərçəkmiş hadisə yerində ölüb. Sürücü Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

18 İyul, 2017  09:41 Baxılıb: 1345

Bu bölmədə