Simsar.az | bizi özünüzə Simsar bilin
Hava limanı yolunda qəza: 2 ölü

Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti - Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hava limanı istiqamətində hərəkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillər "VAZ 2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

X X X

10:00

Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanı şosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar təcili tibbi yardım stansiyasına 08:20-də çağırış olub. Hadisə nəticəsində 2 nəfər ölüb.Qəza səbəbindən yolda tıxac yaranıb.

 

17 İyul, 2017  12:56 Baxılıb: 1241

Bu bölmədə