Simsar.az | bizi özünüzə Simsar bilin
Nazarbayev Putinlə Poroşenkonu barışığa çağırdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya və Ukrayna rəhbərliyini danışıqlar prosesində iştirak etməyə çağırıb. “Moskovski Komsomolets”in yazdığına görə, Nazarbayev Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

“Ukraynanın cənub-şərqində baş verən hadisələr ölkələr arasında qarşıdurma və qeyri-konstruktiv mübahisə ilə nəticələnib”, - deyə Qazaxıstan prezidentinin yaydığı bəyanatda bildirilib.

Nazarbayevin sözlərinə görə, mövcud vəziyyət onda təəssüf hissi oyadır. O, həmçinin əlavə edib ki, dinc danışıqlar yolunun alternativi yoxdur: “Qazaxıstan bu dialoqun başlaması üçün bütün gücünü nümayiş etdirməyə hazırdır”.(virtual)

3 İyul, 2017  14:58 Baxılıb: 1551

Bu bölmədə