Simsar.az | bizi özünüzə Simsar bilin
QHT-lərə 50 min manat verdilər

51 layihədən 11-ni qalib gəldi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi müsabiqənin qaliblərinin adlarını açıqlayıb.

Ümumi fondu 50 min manat olan müsabiqəyə təklif edilən 51 layihədən 11-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub.

Şura qərar qəbul edərkən ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyətini nəzərə alıb.

11 təşkilatın 3-ə 5 min, qalanlarına isə 4000-4500 manat maliyyə yardımı ayrılıb.

2 İyun, 2011  20:47 Baxılıb: 1296

Bu bölmədə