Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Burundi Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Burundi Prezidenti Pyer Nkurunzizaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Burundi xalqına sülh və tərəqqi arzulayıram".

30 İyun, 2017  20:02 Baxılıb: 1607

Bu bölmədə