Simsar.az | bizi özünüzə Simsar bilin
Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "Report"a verdiyi məlumata görə, hadisə bu gün Biləcəri-Xırdalan mənzilində körpünün üstündə baş verib.

O qeyd edib ki, həmin ərazidə Sumqayıtdan Bakıya gələn qatar 20 yaşlı qızı vurub.

S.Qədirova bildirib ki, hadisə vətəndaşın diqqətsizliyi səbəbindən baş verib: "Dəmiryolu xəttinin qorunmayan hissəsindən keçən 20 yaşlı qızın qulağında qulaqcıq olduğundan maşinistin dəfələrlə siqnal verməsini eşitməyib. Maşinist qatarı saxlasa da, yünkülvari qıza toxunub. Zərərçəkən dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır".

30 İyun, 2017  11:51 Baxılıb: 1493

Bu bölmədə