Simsar.az | bizi özünüzə Simsar bilin
Diqqət!!! Bu küçədə hərəkət məhdudlaşdırılır

Bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. “Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Simsar.az -a verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

30 İyun, 2017  11:48 Baxılıb: 1130

Bu bölmədə